Accessibility links

İranda qadın fəalların azadlığa buraxılması alqışlanır

  • Amerikanın səsi

İranda qadın fəalların azadlığa buraxılması alqışlanır

İranda qadın fəalların azadlığa buraxılması alqışlanır

İranda aktrisa və islahat hərəkatı tərəfdarı Pegah Ahangərani, foto-jurnalist Məryəm Məcd və rejissor Məhnaz Məhəmmədinin həbsdən azad edilməsi sevindirici haldır. Bu qadınların azadlığa buraxılması İran rejiminin digər məhbuslara da eyni münasibət göstərəcəyinə dair ümidləri artırıb. İran hökumətinin bu addımı alqışlansa da, insan hüquqları sahəsindəki vəziyyət hələ də narahatlıqlara səbəb olur. İyun ayında həbs edilən və Varamindəki Qarçak həbsxanasında saxlanılan aktrisa Mərziyə Vəfamehr də bu yaxınlarda azadlığa buraxılıb. Qabaqcıl qadınların məhkəməsiz həbslərın 500 qadın fəalın və onların tərəfdarlarının İranda qadınlara qarşı təzyiqlərin artdığına dair bəyanatı imzaladıqlara vaxta təsadüf edib. Onlar təhlükəsizlik qüvvələrinin zorakılıqları daxil edilməklə, qadınların sistematik şəkildə təhqirlərə məruz qaldığını bildirib. Məhbəslərdə qadınların məruz qaldığı məhdudiyyətlər həyatlarında da onları müşayiət edir. İranın qanuni sistemi onların hüquqlarını məhdudlaşdırıb. Qadınlar geyim kodu ilə üzləşməklə yanaşı, səyahət və təhsildə də azad deyilllər. İranda bu maneələrlə üzləşənlər yalnız qadınlar deyil. Buraya dini azlıqlar, aktyorlar, həmkarlar ittifaqlarının üzvləri, tələbə və professorlar da daxildir.

ABŞ Konqresinə müraciətində dövlət katibinin Yaxın Şərq məsələləri üzrə yardımçısı Ceffri Feltman və insan hüquqları üzrə nümayəndə Maykl Pozner bildirib ki, İran hökumətinin davranışı utandırıcı və sarsıdıcıdır. Onlar ABŞ-ın İranda baş verən insan hüquqları pozuntularına göz yummayacağını deyib. Nümayəndələr bildirib ki, İranda hüquqları pozunlar onların vəziyyətini yaxından izlədiyimizi bilir. “İranın beynəlxalq müstəvidə hesab verməsi bizim məsuliyyətimizdir”- deyə onlar bildirib. ABŞ hökuməti Pegah Ahangərani, Məryəm Məcd Məhnaz Məhəmmədiyə göstərilən münasibətin İranda həbsdə olanlara da göstəriləcəyinə ümid bəsləyir.

XS
SM
MD
LG