Accessibility links

İranda qadın hüquq müdafiəçisi tutulub


İranda qadın hüquq müdafiəçisi tutulub
İranda qadın hüquq müdafiəçisi tutulub

Məryəm Bəhrmən bloqunda müxalifət liderlərinin müqavimətini alqışladığına görə tutulub

Iranda qadın hüquq müdafiəçisi, bloqçu Məryəm Bəhrmən bloqunda müxalifətin həbsdə saxlanan liderlərindən Mirhüseyn Musəvi və xanımı Zəhra Rəhnəvərdə açıq məktub yazaraq onların müqavimətini alqışladığına görə tutulub.
Məryəm Bəhrmən “Daha bir vərəq parçası” adlı yazısında Mirhüseyn Musəvi və xanımına xitabən belə bir cümlə işlədib: “Şübhə yoxdur ki, bu acı günlər də keçəcək”.
“Media forum” saytının məlumatına görə, İranın Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Şiraz şöbəsinin əməkdaşları Məryəm Bəhrməni mayın 11-i sübh saatlarında mənzilindən aparıb. Evdə 3 saat axtarış aparılıb, bloqçuya məxsus noutbuk, kitablar və mobil telefon götürülüb.
ETTELAAT əməkdaşları gənc bloqçunu apararkən ailəsinə Məryəmin ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda günahlandırıldığını bildirib.

XS
SM
MD
LG