Accessibility links

Qadağadan öncə futbol oyunlarını kişilərlə qadınlar birgə kino salonlarında izləyə bilirdilər.

İranda qadınlara kişilərlə birgə futbol üzrə 2012-ci il Avropa çempionatını izləmək qadağan edilib. APA Agentliyinin məlumatına görə, kişilərin futbol oyunlarını izləyərkən səs-küy salaraq, kobud hərəkətlərə yol verməsi qadınlar üçün uyğun olmayan şərait yaradır. Kişilər həyəcanlanaraq bəzən kobud sözlər istifadə edir və pis şəkildə zarafatlaşırlar. Odur ki, qadınlarla kişilərin birgə futbol izləməsi uyğun deyil.
Qeyd edək ki, Polşa və Ukraynada keçirilən Avro-2012 İranda dövlət televiziyasından yayımlanır. Qadağadan öncə futbol oyunlarını kişilərlə qadınlar birgə kino salonlarında izləyə bilirdilər.

XS
SM
MD
LG