Accessibility links

İranda saxlanılan amerikalı səyahətçilər valideynləri ilə ikinci dəfə görüşdü


İranda saxlanılan amerikalı səyahətçilər valideynləri ilə ikinci dəfə görüşdü

İranda saxlanılan amerikalı səyahətçilər valideynləri ilə ikinci dəfə görüşdü

Amerikalı səyahətçilər və valideynləri arasında özəl görüş bu gün baş tutub.

İranda saxlanılan amerikalı səyahətçilərin vəkilləri və şahidlər söyləyir ki, səyahətçilər anaları ilə ikinci dəfə görüşmək imkanı alıb. Özəl görüş bu gün baş tutub. Bu, anaların uşaqlarını keçən il kəşfiyyatda ittiham olunması ilə həbs olunduqlarından bəri ilk emosional görüşündən bir gün sonra olub. Iran rəsmiləri bildirb ki, Şeyn Bauer, Sara Şourd və Coş Fattal İraqdan ölkəyə qeyri-qanuni daxil olub. Səyahətçilərin azad olunması üçün müraciət edən ailə üzvləri deyir ki, səyahətçilər şimalı İraqın kürd regionundan təsadüfən İrana daxil olublar. İrana çatdıqdan sonra səyahətçilərin anaları uşaqlarının humanitar jest kimi azad olunması üçün yenə də Tehrana müraciət edib. Səhayətçilərin anaları ilə görüşdüyü bu arada illər boyu Iraqda saxlanılan iki iranlı gözlənilmədən cümə günü azadlığa buraxılıb.

XS
SM
MD
LG