Accessibility links

İranda siyasi fəal zaminə buraxılıb


İranda siyasi fəal zaminə buraxılıb

İranda siyasi fəal zaminə buraxılıb

Iranın Arman qəzetinin yazdığına görə, Allaha qarşı çıxış etməkdə ittiham olunan insan hüquqları fəalı, 26 yaşlı Şivə Nəzər Əhəri 500 min dollar müqabilində zəmanətə buraxılıb. Qəzet yazır ki, Əhəri müxalifətdəki Xalq Mücahidləri təşkilatı ilə bağlılığda ittiham olunur. Əhəri 2009-cu ildə mübahisəli prezident seçkilərindən sonra həbs edilən fəallardan biridir. Müxalifət bildirir ki, seçkilərdə saxtakarlıqlar nəticəsində prezident Mahmud Əhmədinejad yenidən ali vəzifəyə seçilib. Şiva Nəzər Əhərini tutduqdan az sonra, onu azad etmişdilər. Lakin dekabr ayında Ayatullah Hüseyn Əli Müntəzirinin Qum şəhərində keçirilən dəfn mərasimində iştirak etdikdən sonra o, yenidən həbs edildi.

XS
SM
MD
LG