Accessibility links

İranda İslam inqilabının 33-cü ildönümü qeyd olunur


İranda İslam inqilabının 33-cü ildönümü qeyd olunur
İranda İslam inqilabının 33-cü ildönümü qeyd olunur

İran prezidenti Mahmud Əhmədinejad deyir ki, Qərbin sərt sanksiyaları ilə üzləşən İslam Respublikası tezliklə nüvə proqramında növbəti irəliləyiş barədə açıqlama verəcək.

Cənab Əhmədinejad şahın devrilməsi ilə nəticələnən İslam inqilabının 33-cü ildönümündə çıxış edib. On minlərlə iranlı inqilabı qeyd etmək üçün müxtəlif şəhərlərdə, o cümlədən paytaxt Tehranda nümayişlər keçiriblər.

“Yaxın günlədə dünya İranın çox mühüm nüvə nailiyyəti haqda eşidəcək,” deyə Əhmədinejad Tehranın Azadi meydanında toplaşmış kütləyə bildirib.

Əllərində İran bayraqları və ali dini rəhbər Ayətulla Əli Xameneyinin protretlərini tutan adamlar “İsrailə ölüm!”, “Amerikaya ölüm!” şüarları səsləndiriblər. Mərasimdə Qəzza Zolağında İslamçı Həmasa başçılıq edən İsmayıl Haniyə də iştirak edib.

XS
SM
MD
LG