Accessibility links

İranda sünni yaraqlı qrupu Cundullanın 11 nəfər üzvü edam edilib


İranda sünni yaraqlı qrupu Cundullanın 11 nəfər üzvü edam edilib

İranda sünni yaraqlı qrupu Cundullanın 11 nəfər üzvü edam edilib

İranın dövlət mediası keçən həftə intiharçı bomba hücumunda əli olmaqda ittiham edilən sünni yaraqlı qrupu Cundullanın 11 nəfər üzvünün asmaqla edam edildiyini bildirib. Vilayət məhkəməsinin rəsmisi İbrahim Həmidi ədalət və azad məhkəmə tərəfindən hökm çıxarılan həmin 11 nəfərin bu gün ölkənin cənub-şərqindəki Zahidan şəhərində asıldıqlarını deyib.

Keçən həftənin çərşənbə günü Sistan-Bəlucistan vilayətində həyata keçirilən iki intiharçı hücumu zamanı 39 nəfər ölmüşdü. İntiharçıların bombaları şiə müsəlmanların müqəddəs Aşuranı qeyd etmək üçün toplaşdıqları məsciq yaxınlığında partlatdıqları deyilir.

XS
SM
MD
LG