Accessibility links

İranda tanınmış azərbaycanlı alim vəfat edib


İranda tanınmış azərbaycanlı alim vəfat edib

İranda tanınmış azərbaycanlı alim vəfat edib

Mir Hidayət Hesari 1930-cu ildə İran Azərbaycanının Culfa şəhərində doğulub. Uzun sürən xəstəlikdən sonra Tehranda vəfat edib.

İranda tanınmış azərbaycanlı alim Mir Hidayət Hesari fevralın 10-da vəfat edib.

“Media forum” saytının məlumatına görə, İranda məşhur azərbaycanlı cərrah və alim doktor Cavad Heyətin baş redaktorluğu ilə Azərbaycan və fars dillərində buraxılan “Varlıq” jurnalının əməkdaşlarından olmuş Mir Hidayət Hesari Azərbaycan və fars dillərində onlarla əsərin müəllifidir.

İranda Azərbaycan dili, ədəbiyyatı və folklorunun tanınmasında böyük əməyi olan alim Azərbaycan və fars dillərində çıxan “Aşıqlar məclisi”, “Mənzum türkcə “Şahnamə”, “Azərbaycan folkloru” (3 cilddə), “Günəşsiz günlər” (şeir divanı), “Azərbaycan nağılları və onların Avropa xalqlarının ədəbiyyatındakı oxşarları”, “Türkcə qədim tibb kitabları”, “Füzulinin biblioqrafiyası”, “Füzulinin məmduhları”, “İranda türkcə əlyazma kitablar”, “Türk qadınları tarixdə”, “Azərbaycan dilində atalar sözləri”, “Azərbaycan dilində tapmacalar”, “Azərbaycan dilində deyimlər”, “Dədə Qorqud Kitabını incələyək”, “Fars dilində türk sözləri”, “Kiçik hekayələr toplusu” və başqa kitabların müəllifidir.

Mir Hidayət Hesari 1930-cu ildə Güney Azərbaycanın Culfa şəhərində doğulub. O, uzun sürən xəstəlikdən sonra Tehranda vəfat edib.

XS
SM
MD
LG