Accessibility links

İranda tanınmış azərbaycanlı satiraçı Yalqız vəfat edib

  • Insafəli Hidayət

İranda tanınmış azərbaycanlı satiraçı Yalqız vəfat edib

İranda tanınmış azərbaycanlı satiraçı Yalqız vəfat edib

73 yaşında dünyasını dəyişən Yalqızın Ciğan-Viğan, Çığır-Bağır və Çalha-Çal adlı kitabları çap ölunub. Dördüncü Sayır-Bayır adlansdırdığı kitabı isə yaxın günlərdə işıq üzü görəcək.

Təbriz satira məktəbinin tanınmış ustadlarından olan Yalqız təxəllüsü ilə tanınan Məcid Səbbaği İrani yanvarın 25-də vəfat edib. Onun yaxın günlərdə dördüncü kitabı çapdan çıxacaqdı.

Ustad Yalqız Təbrizdə torpağa tapşırılıb. Dəfn mərasimində minlərlə insan, o cümlədən hökumət rəsmiləri iştirak edib.

73 yaşında dünyasını dəyişən Yalqızın “Ciğan-Viğan”, “Çığır-Bağır” və “Calha-Cal” adlı kitabları çap ölunub. Dördüncü “Sayır-Bayır” adlandırdığı kitabı isə yaxın günlərdə işıq üzü görəcək. Satirik kitablarını şerində belə vəsf edib:

Vəhşicə dəli könlümdən uçarlar,

Quşları xiyalın olkəsindən.

Uçmaqda "Ciğan-Vığan" salırlar,

Viranə konül xərabəsində

Salmışlar "Çığır-Bağır" qaçırlar

Gizlənməyə ğəm səraçəsində

Ancaq içərimdə "Çalha-Çal" var.

Şair Mirzə Səhrək Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, Yalqızın satiraları daim ifşaedici və tənqidi gülüşü özündə ehtiva edib.

“O 73 il omür sürdü, həyatının 27 ilini şer və satiraya həsr etdi. Yalqız özü yazır ki, ömürünü kasıblıq içərisində keçirib. Bir zaman orduda oldum amma, üç dəfə paltarımı soyundum. Sonra, Tehranda çapxanada işlədim, qazancımı gətirib Təbrizdə yedim. Bazarda fərş satdım. Bir az varlanıb ev də aldım. Dedim bu evdə xeyir-şərimi, uşaqlarımın toyunu edərəm. Amma, ilk günlərdə oğlumun yası o evdə oldu. Zəhləm getdi. Satıb qaçdım".

XS
SM
MD
LG