Accessibility links

İranda yaşayan fəal Əkbər Azad nəzarət altına alınıb

  • Insafəli Hidayət

İranda yaşayan fəal Əkbər Azad nəzarət altına alınıb

İranda yaşayan fəal Əkbər Azad nəzarət altına alınıb

Azərbaycanlı fəalın oğlu Möhsün Azad Amerikanın səsinə müsahibəsində 4 gündür atasından xəbər olmadığını bildirib

May ayının 26-sı Tehranda yaşayan mədəni fəal, kitab müəllifi və jurnalist Əkbər Azad nəzarət altına alınıb. Fəalın oğlu Möhsün Azad Amerikanın səsinə müsahibəsində 4 gündür atasından xəbər olmadığını bildirib və deyib ki, onu evdək apararkən haraya apardıqlarını və hansı ittihamla apardıqlarını da bildirməyiblər. Son iki ildə atasının bütün mədəni fəaliyyətlərinə qadağa qoyulduğundan Əkbər Azadın heç bir işlə məşğul olmadığını diqqətə çatdıran Möhsün bəy, atasının şəxsi kitabxanasından bir çox kitabların müsadirə edildiyini və kitabkarın olduğu otağa möhür vurulduğunu bildirib. Onun sözlərinə görə, mədəni fəal Tehran və ya Təbrizə aparılıb. Onu apararkən sorğu sual edildikdən sonra sərbəst buraxılacağı bildirilsə də, üzərindən 4 gün keçməsinə baxmayaraq hələ də Əkbər Azaddan xəbər yoxdur. Möhsün Əkbəri atasının mədəni fəaliyyətlərinə görə bundan əvvəl də dəfələrlə həbs edildiyini bildirib.

XS
SM
MD
LG