Accessibility links

İstifadəyə veriləcək 5 yeni zindanda narkotik cinayətkarları saxlanacaq. Yaxın 3 ildə İranda 47 yeni zindan tikiləcək.

Iran Zindanlar Təşkilatının rəisi Qulamhüseyn İsmaili ölkədə narkotik maddələrin satışı və qaçaqmalçılığında günahlandırılaraq tutulan məhbusların saxlanması üçün daha 5 yeni həbsxananın istifadəyə veriləcəyini bildirib.

“Media forum” saytının məlumatına görə, oktyabrın 3-də jurnalistlərlə görüşən Qulamhüseyn İsmaili deyib ki, tikintisi yekunlaşmaq üzrə olan yeni zindanlar 2012-ci ilin aprel ayından istifadəyə veriləcək. “Narkotik maddələrin satışı və qaçaqmalçılığında günahlandırılaraq tutulan şəxslərin çoxluğunu və mövcud zindanların məhdud tutumunu nəzərə alaraq bu kimi məhbusların saxlanması üçün 5 yeni həbsxana tikilir. Yeni zindanlar Tehran, Xorasani Rəzəvi, Sistan-Bəlucistan, Kirman və İsfahan əyalətlərində olacaq”.

Qulamhüseyn İsmaili bu ilin mart ayında jurnalistlərə açıqlamasında gələn 3 ildə ölkənin müxtəlif əyalətlərində 47 yeni zindanın tikilərək istifadəyə veriləcəyini bildirmişdi.

XS
SM
MD
LG