Accessibility links

Cinayətkar dəstənin üzvlərinin məsuliyyətə cəlb olunması istiqamətində istintaq hərəkətləri davam etdirilir.

İrandan Azərbaycana külli miqdarda narkotik gətirən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsi şəxsiyyətləri hələlik istintaqa məlum olmayan bir qrup şəxsin cinayət əlaqəsinə girərək İranın Germi şəhərində yaşayan Mirhimayət Heydərinin tapşırığına əsasən külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə gətirib Cəlilabad rayonunun Yusublu kənd sakini Azər Həsənova təhvil verməsini müəyyən edib.

Azər Həsənovun yaşadığı evin həyətində torpağa basdırdığı 12,7 kiloqram həşiş və 2,1 kiloqram tiryək aşkarlanaraq götürülüb. İlkin dindirmə zamanı A.Həsənov narkotik vasitələri Mirhimayət Heydərinin göndərəcəyi şəxslərə təhvil verməli olduğunu və bunun müqabilində 2 min ABŞ dolları alacağını etiraf edib.

Fakt üzrə cinayət işi başlanılıb və Azər Həsənov təqsirləndirilən şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Cinayətkar dəstənin digər üzvlərinin məsuliyyətə cəlb olunması istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

XS
SM
MD
LG