Accessibility links

İranlı qadın fotomüxbir, fəal Məryəm Məcd Tehran hava limanında yoxa çıxıb


İranlı qadın fotomüxbir, fəal Məryəm Məcd Tehran hava limanında yoxa çıxıb

İranlı qadın fotomüxbir, fəal Məryəm Məcd Tehran hava limanında yoxa çıxıb

İranda qadınların futbol yarışlarını stadionlarda seyr etmək hüquqları uğrunda aparılan kampaniyanın fəallarından olan Məryəm Məcd çapına qadağa qoyulmuş aylıq “Qadınlar” jurnalının əməkdaşlarından olub.Hüquq müdafiəçiləri onu ETTELAAT-ın tutduğunu təxmin edir.

İranlı fotomüxbir Məryəm Məcd Almaniyaya gedərkən Tehranın “İmam Xomeyni” adına beynəlxalq hava limanında yoxa çıxıb. Hadisə 5 gün əvvəl baş versə də, xəbər yenicə yayılıb.“Media forum” və fars dilli saytların məlumatına görə, Məryəm Məcd qadınlar arasında dünya futbol çempionatını işıqlandırmağa gedirmiş. O, iyunun 17-də uçuşa bir neçə dəqiqə qalmış aeroportda yoxa çıxıb.

İranda qadınların futbol yarışlarını stadionlarda seyr etmək hüquqları uğrunda aparılan kampaniyanın fəallarından olan Məryəm Məcd çapına qadağa qoyulmuş aylıq “Qadınlar” jurnalının əməkdaşlarından olub. Gənc fotomüxbirin harada olduğu bilinməsə də, hüquq müdafiəçiləri onu ETTELAAT-ın saxladığını təxmin edir.

XS
SM
MD
LG