Accessibility links

İranla Amerika arasında söz güləşi davam edir

  • Amerikanın səsi

İranla Amerika arasında söz güləşi davam edir

İranla Amerika arasında söz güləşi davam edir

İranla ABŞ arasında Hörmüz boğazı ətrafında söz güləşi davam edir. İran Amerikanın Hörmüz boğazından neft daşınmasını dayandıracağına dair sərt xəbərdarlığını rədd edib.

İranın FARS xəbər agentliyi İnqilab Qvardiyasının komandiri Hüseyn Salamiyə istinadən bildirib ki, İranın özünü müdafiə strategiyaları qurmağa haqqı var.

İran hökuməti Qərbin onun nüvə proqramına qarşı sanksiyalar tətbiq etdiyi təqdirdə Hörmüz boğazından neft daşınmasının qarşısını almaqla hədələyib.

ABŞ hökuməti isə Hörmüz boğazından nəqliyyata mane olunmasına heç cür dözməyəcəyini bildirib. Bəhreyndə yerləşən 5-cı Dəniz qüvvələrinin sözçüsü leytenant Rebekka Rebarix bildirib ki, ABŞ naviqasiya azadlığının təmin edilməsi üçün əks tədbirlərə əl ata bilər.

Dünya neftinin üçdə iki hissəsi bu boğazdan daşınır.

.

XS
SM
MD
LG