Accessibility links

İranla nüvə danışıqlarının birinci raundu başa çatdı

  • Amerikanın səsi

İran və altı dünya qüdrətinin təmsilçiləri Tehranın nüvə proqramı ilə bağlı danışıqların birinci gününü başa vurublar.

Şənbə günü İstanbulda müzakirəçilər iki danışıqlar sessiyası keçiriblər.

Amerikanın Səsinin müxbiri deyir ki, İran Çin, Rusiya və Türkiyə ilə ikitərəfli danışıqlar aparmış, lakin ABŞ nümayəndələri ilə görüşməkdən imtina etmişdir.

İranın bu hərəkətinə baxmayaraq, Qərb nümayəndələri inanırlar ki, İran əvvəl olduğundan daha yumşaq mövqe sərgiləyir.

Avropa İttifaqının xarici siyasət idarəsinin sözçüsü Maykl Mann görüşləri “konstruktiv” adlandırıb.

İran İslam Respublikasını danışıqlarda Səid Cəlili təmsil edir.

XS
SM
MD
LG