Accessibility links

İranla Türkiyə sərhədindəki neft kəmərində partlayış olub


İranla Türkiyə sərhədindəki neft kəmərində partlayış olub

İranla Türkiyə sərhədindəki neft kəmərində partlayış olub

Bu gün səhər Türkiyənin İranla sərhədində yerləşən neft kəmərində baş vermiş partlayış İslam Respublikasından gələn qazın dayanmasına səbəb olub. Rəsmilər yanğının söndürüldüyünü, lakin təmir işlərinin bir neçə gün vaxt aparacağını deyirlər. Partlayışa nəyin səbəb olduğu barədə isə məlumat verilmir.

İranla Türkiyə sərhədindəki neft kəmərində son zamanlar bir neçə partlayış baş verib. Bu ayın əvvəlində İranın təhlükəsizlk qüvvələri tərəfindən Turkiyəyə gedən əsas qaz kəmərini partlatmaqda şübhəli bilinən üç kürd yaraqlısı öldürülüb. Həmin partlayışdan sonra Türkiyəyə qaz idxalı 24 saat ərzində dayanmışdı. Keçən həftə isə İranın cənub-qərb bölgəsindəki Xuzistan vilayətində neft kəmərində baş verən partlayışdan sonra yanğının söndürülməsi 10 saat vaxt aparmışdı.

XS
SM
MD
LG