Accessibility links

İranın 7 əsgəri minaya düşərək həlak olub


İranın 7 əsgəri minaya düşərək həlak olub

İranın 7 əsgəri minaya düşərək həlak olub

General Xızır hadisənin Ərbilin Şimal-Şərq məntəqəsində baş verdiyini vurğulayıb: “İranlı əsgərləri bölgəyə gətirən hərbi maşın minalanmış zonaya girib. 4 minanın partlaması nəticəsində onların hamısı yerindəcə həlak olub.”

İranın sərhəd polisinin yeddi əsgəri minaya düşərək həlak olub. Bu barədə AzərTAc agentliyi İrandakı müxbirinə istinadən məlumat yayıb.

Agentlik bildirir ki, hadisə İranla İraq arasındakı dövlət sərhədinin minalanmış ərazisində baş verib.

İranın rəsmi məlumatlarına görə, əsgərlər səhvən minalanmış əraziyə daxil olub.

“Media forum” saytının məlumatında isə deyilir ki, İraq Kürdüstanı muxtariyyətinin hərbi qüvvələrinin sözçüsü Cabbar Yavər jurnalistlərə açıqlamasında bildirib ki, hadisədə həlak olan əsgərlər bölgəyə yeni göndərilibmişlər: “Onların bu bölgənin minalanmasından xəbəri olmayıb.”

Muxtariyyətin hərbi komandanlarından olan general Helkurd Xızır hadisənin Ərbilin şimal-şərq məntəqəsində baş verdiyini vurğulayıb: “İranlı əsgərləri bölgəyə gətirən hərbi maşın minalanmış zonaya girib. 4 minanın partlaması nəticəsində onların hamısı yerindəcə həlak olub.”

İranın qərbində yerləşən Kürdüstan əyaləti son illərdə hökumət qüvvələri ilə terrorçu PKK təşkilatının İran qanadı sayılan “Pejak” silahlı qüvvələri arasında müxtəlif qarşıdurmalara şahid olub. “Pejak”ın əsas hərbi bazaları İraq ərazisində yerləşir. İran hökuməti müxalif kürd yaraqlılarının ölkəyə daxil olmasının qarşısını almaq məqsədi ilə həmin sərhəd zonasını minalayıb.

XS
SM
MD
LG