Accessibility links

İranın baş prokuroru müxalifətin yürüş keçirmək planını tənqid edir


İranın baş prokuroru müxalifətin yürüş keçirmək planını tənqid edir
İranın baş prokuroru müxalifətin yürüş keçirmək planını tənqid edir

O, bu planı iranlıları ikiyə bölmək məqsədi güdən siyasi addım adlandırıb

İranın baş prokuroru müxalifət liderlərinin ərəb ölkələrində baş qaldırmış iğtişaşlara dəstək olmaq məqsədilə gələn həftə nümayiş keçirmək planını tənqid edərək bunu iranlıları ikiyə bölmək məqsədi güdən siyasi addım adlandırıb.

İranın islahatçı lideri Mir Hüseyn Musəvi və Mehdi Kərrubi həftənin əvvəlində yürüş keçirməyə icazə verilməsi üçün rəsmilərə müraciət edib. Onlar Misir və Tunisdə hökumət əleyhinə ayağa qalxan nümayişçilərlə həmrəyliklərini nümayiş etdirmək istəyir.

Baş prokuror Qulam Hüseyn Möhsemoo Ejeie deyib ki, ərəb ölkələrində baş qaldırmış nümayişləri dəstəkləmək istəyənlər cümə günü hökumətin sponsorluğu ilə təşkil ediləcək 1979-cu il İslam İnqilabının ildönümü mərasiminə qatıla bilər.

Möhseni Ejeienin sözlərinə görə, müxalifət nümayəndələrinin belə yürüşü fərqli tarixdə təşkil etmək istəyi özlərini xalqdan ayrı salmaq və siyasi bölünmə yaratmaq məqsədi daşıyır.

XS
SM
MD
LG