Accessibility links

İranın cənubunda zəlzələ baş verib


İranın cənubunda zəlzələ baş verib

İranın cənubunda zəlzələ baş verib

İranda bazar günü yerli vaxtla səhər 2:55-da zəlzələ baş verdiyi bildirilib. İrna xəbər agentliyi ölkənin cənubunda Fars və Beşehr vilayətləri sərhədlərini təsiri altında qoyan zəlzələnin 4.1 bal gücündə olduğunu bildirib. Birləşmiş Ştatların Geoloji Araşdırmalar Mərkəzi isə zəlzələnin 4.7 bal gücündə olduğunu, episentrinin isə 40.8 kilometr dərinlikdə yerləşdiyini bildirib. Birləşmiş Ştatların Geoloji Araşdırmalar mərkəzi zəlzələ ilə əlaqəsi ola biləcək videolar nümayiş etdirib. Lent.az isə Azərtaca istinadən Iranda 5 ball gücündə zəlzələ baş verdiyini yazıb. Dağıntı və təlafat barədə məlumat yoxdur. Len.az zəlzələnin episentrinin Tehrandan 868 kilometr cənubda yerləşdiyini bildirib.

XS
SM
MD
LG