Accessibility links

İran televiziyası Səkinə Məhəmmədinin müsahibəsini yayıb


İran televiziyası Səkinə Məhəmmədinin müsahibəsini yayıb

İran televiziyası Səkinə Məhəmmədinin müsahibəsini yayıb

Müsahibə zamanı o, ərinin əmisi oğlu ilə əlaqədə olduğunu və onunla ərini öldürmək barədə söhbət apardığını deyib

İranın dövlət televiziyası daşqalaq cəzasına məhkum edilmiş Səkinə Məhəmmədi Əştianinin ərinin ölümündən sonra iki kişi ilə cinsi əlaqədə olduğunu etiraf edən müsahibəsini dünən nümayiş etdirib. Müsahibə zamanı o, ərinin əmisi oğlu ilə əlaqədə olduğunu və onunla ərini öldürmək barədə söhbət apardığını deyib. Bundan əvvəl xanım Əştiani ona qarşı irəli sürülən ittihamları danırdı. O, eləcə də, onun işi ilə bağlı məsələni ictimaiyyətə açıqladığına görə, hal-hazırda Norveçdən sığınacaq istəyən vəkilini tənqid edib. Xanım Əştianinin digər vəkilləri isə müsahibədən əvvəl onun iki gün işgəncələrə məruz qaldığını deyirlər.

Səkinə Əştianinin daşqalaqla ölüm cəzasına məhkum edilməsi cəza metodunun beynəlxalq ictimaiyyət tərəfindən tənqid edilməsindən sonra müvəqqəti olaraq ləğv edilib. Lakin İslam Respublikası hələ də ölüm cəzasını müttəhimi asmaqla icra edə bilər.

XS
SM
MD
LG