Accessibility links

Xəyanətdə ittiham edilən qadının daş-qalaq edilməklə ölüm hökmü bir daha nəzərdən keçiriləcək


İRNA ölüm hökmünün alternativ cəza ilə əvəz edilə biləcəyini xəbər verir

İranın dövlət xəbər agentliyi İRNA-nın məlumatına görə, xəyanətdə ittiham edilən qadının daş-qalaq edilməklə ölüm hökmü bir daha nəzərdən keçiriləcək. İranın İnsan Hüquqları Şurasının rəhbəri Məhəmməd Cavad Laricaniyə istinad edən İRNA ölüm hökmünün alternativ cəza ilə əvəz edilə biləcəyini xəbər verir. Səkinə Məhəmmədi Aştianinin edam cəzası dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Britaniya mediası dünən 43 yaşlı Aştianinin ölüm hökmünün icrasının təxirə salındığını bildirmişdi. İnsan hüquqlarının müdafiəsi qrupları onun artıq 99 şallaqla cəzalandırıldığını bildirir.

XS
SM
MD
LG