Accessibility links

İranın elitar İnqilab Qvardiyası təlimlərə hazırlaşır


İranın elitar İnqilab Qvardiyası təlimlərə hazırlaşır
İranın elitar İnqilab Qvardiyası təlimlərə hazırlaşır

Qvardiya başçısının müavini Hüseyn Salami təlimlərin cümə axşamı başlayacağını deyib

İranın dövlət televiziyası ölkənin elitar İnqilab Qvardiyasının strateji Hörmüz boğazı və Fars Körfəzində 3 gün müharibə təlimləri keçirəcəyini planlaşdırdığını bildirib. Qvardiya başçısının müavini Hüseyn Salami bu gün televiziya ilə çıxışında təhlükəsizlik qüvvələrinin müdafiəsi məqsədi daşıyan təlimlərin cümə axşamı başlayacağını deyib. Təlimlər dünya neftinin 40 faizini daşıyan gəmilərin keçdiyi Hörmüz boğazında keçiriləcək. İran bundan əvvəl ona hücum ediləcəyi təqdirdə həmin boğazı bağlamaqla hədələyib.

XS
SM
MD
LG