Accessibility links

İranın insan hüquqları müdafiəçiləri Avropa satellit şirkətlərinə qarşı ölçülər götürülməsinə çağırıb

İranın insan hüquqları müdafiəçiləri Avropa İttifaqı və ABŞ-ı İranın dövlət tele-radio proqramlarını yayımlayan Avropa satellit şirkətlərinə qarşı ciddi ölçülər götürülməsinə çağırıb. Nobel Sülh Mükafatı laureatı Şirin İbadi və İran İnsan Hüquqları Uğrunda Beynəlxalq Kampaniyanın direktoru Hadi Qayeminin cağırışı Wall Street Journal-da dərc edilən baş məqalədə yer alıb.Onlar Eutelsat və Arqivanı Avropa və Amerika proqramlarının yayımına mane olan İranın proqramlarını yaydığın görə ciddi tənqid edib. İnsan hüquqları müdafiəçiləri bu şirkətlərin BBC və Amerikanın səsinin yayımlarına mane olunmasına göz yumduğunu bildirib.

XS
SM
MD
LG