Accessibility links

İranın müxalifət liderləri məhkəmə qarşısına çıxarılacaq


İranın müxalifət liderləri məhkəmə qarşısına çıxarılacaq
İranın müxalifət liderləri məhkəmə qarşısına çıxarılacaq

Tehranın baş prokuroru Abbas Cəfəri Dolatabadi İranın müxalifət liderlərinin ötən il prezident seçkilərindən sonra keçirilən nümayişlərə görə məhkəmə qarşısına çıxarılacağını bildirib. Bu gen Tehran Universitetində təşkil edilən dua mərasimi zamanı prokuror qarşıdurmalarda ABŞ və İsrailin əli olduğunu deyib. Müxalifət liderləri Mir Hüseyn Musəvi və Mehdi Kərrubi 2009-ci il prezident seçkilərində Mahmud Əhmədinejada məğlub olduqdan sonra hökuməti açıq şəkildə tənqid etməyə başlayıb. Sabiq namizədlər seçkilər zamanı saxtakarlıqlara yol verildiyini iddia edir.

XS
SM
MD
LG