Accessibility links

İranın müxalifət nümayəndəsi İbrahim Yəzdi həbsdən azad edilib


İranın müxalifət nümayəndəsi İbrahim Yəzdi həbsdən azad edilib
İranın müxalifət nümayəndəsi İbrahim Yəzdi həbsdən azad edilib

İranın dövlət mediası İRNA-nın məlumatına görə, müxalifət nümayəndəsi İbrahim Yəzdi həbsdən azad edilib. Məlumatda Yəzdinin bir çümləli bəyanat verdiyi deyilir. O, Azadlıq Hərəkatının rəhbərliyindən istefa verdiyini bəyan edib. Yəzdi 2009-cu ildə Mahmud Əhmədinejadı yenidən hakimiyyətə gətirən prezident seçkilərindən sonra baş qaldıran etirazlar zamanı həbs edilmişdi. İbrahim Yəzdi seçkilərdə saxtakarlıqlara yol verildiyini bildirirdi. 80 yaşlı müxalifətçi İran İslam İnqilabından sonra baş nazir müavini vəzifəsində çalışmış, İranın Milli Məclisində millət vəkili olmuşdu.

XS
SM
MD
LG