Accessibility links

İranın İnqilab Qvardiyası ABŞ-ın kəşfiyyat təyyarəsinin vurulduğuna dair xəbəri təkzib edib


İranın İnqilab Qvardiyası ABŞ-ın kəşfiyyat təyyarəsinin vurulduğuna dair xəbəri təkzib edib
İranın İnqilab Qvardiyası ABŞ-ın kəşfiyyat təyyarəsinin vurulduğuna dair xəbəri təkzib edib

İranın İnqilab Qvardiyası ABŞ-ın kəşfiyyat təyyarəsinin vurulduğuna dair mətbuatda yayılan xəbəri təkzib edib. Qvardiyanın bəyanatında deyilir ki, uran zənginləşdirilən zavod üzərində uçan test obyekti hədəf alınıb. Bəyanat İran qanunvericisi Əli Əlizadə Dəfsərinin Qum şəhəri yaxınlığındakı Fordu zavodu üzərində uçan təyyarənin vurulub salındığı barədə dedikləri ilə ziddiyyət təşkil edir. ABŞ-ın kəşfiyyat və ordu rəsmiləri Amerikanın səsinə bildirib ki, Amerika heç bir ekipajsız təyyarəsini itirməyib.

XS
SM
MD
LG