Accessibility links

İranın İnqilab Qvardiyası sanksiyalardan narahat deyil


İranın İnqilab Qvardiyası sanksiyalardan narahat deyil

İranın İnqilab Qvardiyası sanksiyalardan narahat deyil

Qvardiya komandiri general Hüseyn Salami deyib ki, bildirib ki, nüvə proqramı davam edəcək

İranın İnqilab Qvardiyası əsasən elitar qüvvələri hədəf alan Tehrana qarşı son BMT sanksiyalarını rədd edib. Qvardiya komandiri general Hüseyn Salami deyib ki, o, İranın nüvə proqramına görə tətbiq edilən sanksiyalardan narahat deyil. Tehran israr edir ki, onun nüvə proqramı yalnız dinc məqsdələrə xidmət edir. Salami mediaya bildirib ki, proqram davam edəcək. Onun sözlərinə görə İran öz müdafiə qabiliyyətlərini ən pis ssenariyə uyğunlaşdırıb. BMT Təhlükəsizlik Şurasının təsdiq etdiyi sanksiyalar İnqilab Qvardiyası ilə əlaqəli olan 15 şirkətin vəsaitlərini dondurur.

XS
SM
MD
LG