Accessibility links

İranın nüvə proqramı ilə bağlı növbəti müzakirələr Türkiyədə keçiriləcək


İranın nüvə proqramı ilə bağlı növbəti müzakirələr Türkiyədə keçiriləcək
İranın nüvə proqramı ilə bağlı növbəti müzakirələr Türkiyədə keçiriləcək

İranın xarici işlər naziri Mənuçehr Mottəki İranın nüvə proqramı ilə bağlı növbəti müzakirələrin Türkiyədə keçiriləcəyini bildirib. Bu gün Tehranda müxbirlərlə görüşən nazir deyib ki, Türkiyə rəsmiləri ilə görüş keçirilib və yaxın zamanda müzakirələrin vaxtı və gündəliyi müəyyən ediləcək. BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya bir ildən artıqdır dayandırılan müzakirələrin bərpasına çalışır. Bu yaxınlarda Avropa İttifaqının Xarici Siyasət Şöbəsinin rəhbəri Katrin Aşton noyabr ayının 15-də Vyanada İran rəsmiləri ilə 3 günlük danışıqlar keçiriləcəyini bəyan etmişdi. İran rəsmiləri isə görüşlə bağlı rəsmi razılaşma olmadığını bildirir.

XS
SM
MD
LG