Accessibility links

İranın nüvə proqramının mümkün hərbi xarakter daşıması haqda yeni hesabat yayılıb


İranın nüvə proqramının mümkün hərbi xarakter daşıması haqda yeni hesabat yayılıb

İranın nüvə proqramının mümkün hərbi xarakter daşıması haqda yeni hesabat yayılıb

Hesabatın mətnini agentliyə üzv 35 ölkənin nümayəndələrinin, eləcə də, BMT Təhlükəsizlik Şurasına üzv ölkələrin ixtiyarına qoyduğunu bildirən Yukio Amano İranın nüvə fəaliyyətinin mahiyyətindən danışıb.

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukio Amano mayın 24-də İranın nüvə proqramının mümkün hərbi xarakter daşıması barədə yeni hesabat yayıb.
“Media forum” saytının məlumatına görə, jurnalistlərlə görüşündə hesabatın mətnini agentliyə üzv 35 ölkənin nümayəndələrinin, eləcə də, BMT Təhlükəsizlik Şurasına üzv ölkələrin ixtiyarına qoyduğunu bildirən Yukio Amano İranın nüvə fəaliyyətinin mahiyyətindən danışıb: “Beynəlxalq Atom Enerjisi Agentliyi İranın nüvə proqramının mümkün hərbi xarakter daşıması barədə yeni məlumatlar əldə edib.
Mayın 6-da İran Atom Enerjisi Təşkilatının rəisi Firidun Abbasiyə məktub yazaraq ondan bu barədə izahat verməsini, agentlik müfəttişlərinin bütün nüvə obyekt və təsisatlarla yaxından tanış olmasına, onların nüvə avadanlıqları, bu sahədə çalışan şəxslər, həmçinin İranın nüvə fəaliyyəti ilə bağlı bütün sənədləri nəzərdən keçirilməsi üçün şərait yaradılmasını istəmişəm”.
İranın Beynəlxalq Atom Enerjisi Agentliyindəki nümayəndəsi Əli Əsğər Sultaniyyə mayın 25-də jurnalistlərə açıqlamasında agentliyin İrana qarşı hazırlanan son hesabatındakı ittihamları rədd edib: “Bu hesabatda əsassız və şübhə dolu əvvəlki yorucu iddialar təkrar olunub”.

XS
SM
MD
LG