Accessibility links

İranın Qərbi Azərbaycan vilayətində narkotik qaçaqmalçıları şəbəkəsi aşkarlanıb


İranın Qərbi Azərbaycan vilayətində narkotik qaçaqmalçıları şəbəkəsi aşkarlanıb

İranın Qərbi Azərbaycan vilayətində narkotik qaçaqmalçıları şəbəkəsi aşkarlanıb

Əməliyyat zamanı 87 kiloqram narkotik maddə ələ keçirilib. Şəbəkənin Əfqanıstan mənşəli narkotikləri İrandan qonşu ölkələr, o cümlədən Azərbaycan vasitəsilə, Rusiya və Qərb istiqamətinə daşıdıqları bildirilir.

İran Daxili İşlər Nazirliyinin (DİN) narkotiklərlə mübarizə bölməsi əməkdaşlarının Qərbi Azərbaycan vilayətində keçirdikləri əməliyyat zamanı narkotik qaçaqmalçılığı ilə məşğul olan şəbəkə ifşa olunub.
APA agentliyinin “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İran DİN-in narkotiklərlə mübarizə idarəsinin rəhbəri Kərim Əkbəri deyib ki, əməliyyat zamanı ümumilikdə 11 qaçaqmalçı - 9 kişi və 2 qadın - saxlanılıb. Əməliyyat zamanı 87 kiloqram narkotik maddə ələ keçirilib. Şəbəkənin Əfqanıstan mənşəli narkotikləri İrandan qonşu ölkələr, o cümlədən Azərbaycan vasitəsilə, Rusiya və Qərb istiqamətinə daşıdıqları bildirilir.

XS
SM
MD
LG