Accessibility links

İranın Qərbi Azərbaycan əyalətində zəlzələ olub

  • Insafəli Hidayət

Iran earthquake damage Saturday Nov

Iran earthquake damage Saturday Nov

İranın Qərbi Azərbaycan əyalətində güclü zəlzələ başverib . Bu xəbəri İranın Rəsmi Xəbər Ajansı İRNA verib. İRNA-nın xəbərində zəlzələnin səbəb olduğu xəsarət barədə məlumat verilməyib. İRNA Tehran Universitətinin zəlzələ mərkəzinin raporuna istinad edərək yazır ki, zəlzələ 3.7 şiddətində olub və onun mərkəzi Xoy şəhərinin yaxınlığında yerləşib. Zəlzələ səhər saat 03:26 radələrində baş verib.

Xoy şəhəri Qərbi Azərbaycan əyalətinin şimalında yerləşir. Xoy Qərbi Azərbaycan əyalətinin 14 şəhərindən biridir. 2006-cı (1385) ildə keçirilən əhalinin siyahıya alınmasının nəticələrinə əsasən şəhərdə əhalinin sayı 365 mindir. Xoy Təbrizdən 165 kilometr aralıda, Türkiyə sərhəddi yaxınlığında yerləşir.

XS
SM
MD
LG