Accessibility links

İranın uran zənginləşdirilməsi proqramına dair narahatlıqlar artır


İranın uran zənginləşdirilməsi proqramına dair narahatlıqlar artır
İranın uran zənginləşdirilməsi proqramına dair narahatlıqlar artır

Beynəlxalq ictimaiyyətin narahatlıqlarına baxmayaraq, İran uran zənginləşdirilməsi proqramını davam etdərəcəyini bildirir. İslam respublikası bununla yanaşı fəaliyyətlərini gizli saxlamağa cəhd edir. İranın Atom Enerjisi Agenltiyinin rəhbəri Firudin Abbasi bu yaxınlarda demişdi ki, uran zənginləşdirilməsi müxtəlif məqsədlər üçün iki obyektdə həyata keçiriləcək.

Bunlardan biri elektrik enerjisi istehsalı üçün nəzərdə tutulan Natanz, digəri isə Fardo obyektidir ki, mübahisələr doğurur. Nüvə Təhlükəsizliyi Təşəbbüsləri qrupunun təhlilçisi Kori Hindersteyn Fardoda daha artıq uran zənginləşdirildiyini deyir. “Burada hələ silahlarda istifadə edilməyən uran zənginləşdirilir. Silah istehsal etmək qərarına gəlinsə, bu işin sürətini artıracaq.”

Fardo Qum şəhəri yaxınlığında gizli dağlıq bölgədə yerləşir. Beynəlxalq Təhlükəsizlik və Sülh institutundan sabiq silah müfəttişi Deyvid Olbayratın fikrincə, bunlar İranın nüvə poqramının dinc mahiyyət daşıdığı ilə zidiyyət təşkil edir.“İranın təkmilləşdirilmiş sentrefuqaları yer altına yerləşdirməsi təhrikçilik siqnalıdır.

İranın Atom Enerjisi agenltiyinin rəhbəri Firudin Abbasi Fardonun zənginləşdirilən uranın 20 faizini təmin edəcəyini deyir. Bunlar tibbi izotopların yaradılmasına xidmət edəcək. Onun dediyinə görə, əvvəlkindən üç dəfə artıq uran zənginləşdiriləcək. Nüvə Təhlükəsizliyi Təşəbbüsləri qrupunun təhlilçisi Kori Hindersteyn onun dediklərinin həqiqətə uyğun olmadığını bildirir.“İran artıq 50 kq zənginləşdirimiş urana malikdir Bu isə tibbi məqsədlər üçün 5 ilə kifayət edir. Izotopların hazırlanması üçün İranın başqa bir reaktoru yoxdur. Bu miqdarın üç dəfə artırılması proqramın mülki mahiyyət daşımadığına işarədir” .

İranın nüvə proqrmını davam etdirməsi bəzilərinin İrana qarşı hərbi əməliyyatlar çağırışına yola açıb. Təhlilçilərin fikrincə, belə çağırışlar İranı nüvə proqramına daha da yaxınlaşdırır. Onlar hesab edir ki, məhz buna görə İran rəsmiləri ilə müzakirələrin bərpası heç bir nəticə vermir.

XS
SM
MD
LG