Accessibility links

İranın xarici işlər naziri Gürcüstana səfərə hazırlaşır


İranın xarici işlər naziri Gürcüstana səfərə hazırlaşır
İranın xarici işlər naziri Gürcüstana səfərə hazırlaşır

Çərşənbə günü Gürcüstana səfəri planlaşdırılan İranın xarici işlər naziri Mənuçehr Mottəkinin bu ölkə rəsmiləri ilə ikitərəfli ticarət əlaqələri və vizasız gediş-gəliş məslələrini müzarikə edəcəyi gözlənilir. Gürcüstanı dəstəkləyən başlıca ölkələrdən biri olan Birləşmiş Ştatlar nüvə proqramının dayandırması ilə bağlı beynəlxalq ictimaiyyətlə əməkdaşlıq etmədiyinə görə İrana qarşı elan olunmuş və nailiyyətlə həyata keçirilməkdə olan BMT və digər sanksiyaların arxasındakı əsas güc hesab olunur.

Gürcüstanın xarici işlər nazirinin müavini Nino Kalandadze bu gün bildirib ki, Gürcüstan və Birləşmiş Ştatlar starteji partnyorlardır və İran rəsmisinin onun ölkəsinə səfəri ABŞ-la Gürcüstan münasibətlərinə heç bir təsir göstərə bilməz. O, Gürcüstan liderlərinin sadəcə olaraq qonşuları ilə yaxşı münasibətdə olmalarını istədiklərini deyib.

XS
SM
MD
LG