Accessibility links

İranın baş nüvə müzakirəçisi İstanbula gəlib

  • Amerikanın səsi

İranın yüksək rütbəli vasitəçisi dünya liderləri ilə mühüm danışıqlardan əvvəl Türkiyəyə gəlib. Səid Cəlilinin şənbə günü BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniyanın nümayəndələrilə görüşəcəyi gözlənilir.

Bu həftənin əvvəli Cəlili İranın dövlət mətbuat orqanına Tehranın danışıqlarda yeni təşəbbüslərlə çıxış edəcəyini deyib, lakin təfsilata varmayıb. O, eyni zamanda qeyd edib ki, danışıqlar qarşılıqlı anlaşma və əməkdaşlığa əsaslanmalıdır.

İranın uran istehsalı proqramı Qərbi xeyli narahat edir. Qərb İranın nüvə silahı istehsal etməyə cəhd göstərməsindən şübhələnir. İran ittihamları inkar edir.

XS
SM
MD
LG