Accessibility links

İranın Zahidan şəhərində intiharçı hücumları həyata keçirilib


Hücumlar Məhəmməd peyğəmbərin nəvəsi İmam Hüseynin anadan olduğu gün qeyd edildiyi vaxt həyata keçirilib

İranın cənub-şərqində şiə məscidi yaxınlığında həyata keçirilən intiharçı bomba hücumları dindarlar və İnqilab Qvardiyasının üzvləri daxil edilməklə azı 27 nəfərin ölümünə səbəb olub. Bu gün Sistan-Balucistan vilayətinin Zahidan şəhər məscidində Məhəmməd peyğəmbərin nəvəsi İmam Hüseynin anadan olduğu gün qeyd edildiyi vaxt həyata keçirilən hucumlar zamanı 270 nəfərə qədər insanın yaralandığı bildirilir. Bugünkü gün həm də İnqilab Qvardiyası günü kimi də qeyd edilir. Hücumların məsuliyyətini sünnilərin Cundallah yaraqlı qrupu öz üzərinə götürsə də, İran rəsmiləri hadisə ilə bağlı istintaqı davam etdirəcəyini deyirlər.

XS
SM
MD
LG