Accessibility links

ABŞ və müttəfiqləri Ukraynada təlim keçirəcək


Rapid Trident” birgə təlimləri

Rapid Trident” birgə təlimləri

ABŞ-ın və onun müttəfiqlərinin mindən çox hərbçisi “Rapid Trident” birgə təlimlərində iştirak etmək üçün Ukraynaya toplaşacaq. Bu barədə Reuters ABŞ ordusunun Avropa komandanlığının nümayəndəsi Qreqori Hiksa istinadən məlumat yayıb.

Bundan öncə hər il keçirilən təlimlərin əvvəlcə iyulda keçirilməsi planlaşdırılıb, lakin Ukraynanın şərqində vəziyyətlə əlaqədar təxirə salınıb. Təlimlərin keçirilməsi barədə qərar NATO ölkələrinin birbaşa münaqişəyə müdaxilə etmədən Ukraynanı dəstəkləmək niyyətində olduğunu göstərir.

Təlimlər sentyabrın 16-dan 26-dək Lvov vilayətinin Polşa ilə sərhəddəki Yavorov şəhərində təlim mərkəzində keçiriləcək. Təlimlərdə 200 amerikalı əsgərin iştirakı gözlənilir. Bundan əlavə, təlimlərə Ukrayna, Azərbaycan, Böyük Britaniya, Kanada, Gürcüstan, Almaniya, Latviya, Litva, Moldova, Norveç, Polşa, Rumıniya və İspaniyadan 1000-dən çox hərbçi cəlb olunacaq.

Sentyabrın 4-də Uelsdə NATO sammiti işə başlayacaq. Sammitdə alyans üzvləri bir neçə min hərbçidən ibarət yeni çevik qüvvələrin yaradılması barədə qərar qəbul edəcəklər.

“NATO-nun çevik qüvvələri var – bu, çoxmillətli qüvvələrdir. Onlar kollektiv müdafiə üçün dünyanın hər yerində yerləşdirilib. Bundan sonra isə onlar çox yüksək hazırlıq dərəcəsinə və qısa müddətdə fəaliyyət göstərmək qabiliyyətinə malik olacaq”, NATO-nun baş katibi Anders Foq Rasmussen bildirib.

Bu qüvvələr 4 minə yaxın hərbçini əhatə edəcək və 48 saat ərzində təhlükəni dəf etməyə qadir olacaq.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsinə Azərbaycan hərbçilərin təlimlərdə iştirakının planlaşdırıldığını bildiriblər.

XS
SM
MD
LG