Accessibility links

İraqda məsciddə öldürülənlərin dəfn mərasimi keçirilir


İraqda məsciddə öldürülənlərin dəfn mərasimi keçirilir
İraqda məsciddə öldürülənlərin dəfn mərasimi keçirilir

Dünən Bağdadda böyük sünni məscidinə intiharçı bomba hücumu zamanı ölən 28 nəfərin bəzilərinin dəfn mərasimi keçirilir.

Məscid rəsmisi deyir ki, intiharçı özünü dinlənçi kimi apararaq günlərlə Um Əl-Qura məscidinin göy gümbəzinədək daxil olub və orada mühafizə sistem ilə tanış olub. Rəsminin sözlərinə görə, o, partlayıcı qurğunu bədənindəki sarğının altında gizlədib və müqəddəs Ramazan ayının xüsusi namazı zamanı bombanı işə salıb.

Daxili İşlər Nazirliyi bildirib ki, ölənlər arasında Ənbar vilayətinin təmsilçisi, sünni qanunverici Xalid Əl-Fəhdavi də var. Ramazan ayının sona çatmasına bir neçə gün qalmış baş vermiş hücumun məsuliyyətini heç kəs öz üzərinə götürməyib.

XS
SM
MD
LG