Accessibility links

İraqda intiharçı hücumu 45 nəfərin həyatına son qoyub


İraqda intiharçı hücumu 45 nəfərin həyatına son qoyub

İraqda intiharçı hücumu 45 nəfərin həyatına son qoyub

Tikrit şəhərində baş vermiş hücumun yeni polis fəaliyyətinə başlayanları hədəf aldığı ehtimal olunur

İraq rəsmiləri deyir ki, polis məntəqəsi qarşısında baş verən intiharçı hücumu nəticəsində 45 nəfər həlak olub və ən azı 75 insan yaralanıb. Keçmiş dictator Səddam Hüseynin doğulduğu Tikrit şəhərində baş vermiş hücumun yeni polis fəaliyyətinə başlayanları hədəf aldığı ehtimal olunur. Yerli polis bildirir ki, məntəqənin qarşısında İraq təhlükəsizlik qüvvələrində işə qəbul olunmaq məqsədilə müraciət etmək üçün ən azı 100 nəfər toplaşıb. Ölənlərin neçəsinin mülki vətəndaş və ya polis əməkşdaşı olduğu bildirilmir. Hücumun ardınca məscidlər yaralananlar üçün qanvermə kampaniyasına başlayıb.

XS
SM
MD
LG