Accessibility links

İraq boyu bomba hücumları həyata keçirilib


İraq boyu bomba hücumları həyata keçirilib
İraq boyu bomba hücumları həyata keçirilib

Iraq rəsmilərinin bildirdiyinə görə, bu gün ölkə boyu baş verən bomba hücumları 13 nəfərin ölümünə səbəb olub. Polis Diyala vilayətində baş verən bomba hücumunun bir ailədən olan 7 nəfərin ölümünə səbəb olduğunu bildirib. Fallucə şəhərində yol kənarına və maşına yerləşdirilmiş bombaların partlayışı nəticəsində isə üç nəfər ölüb, 10 nəfər yaralanıb. Partlayışların insanların çox olduğu ticarət mərkəzinin yaxınlığında həyata keçirildiyi deyilir.

Sünnilərin çoxluq təşkil etdiyi Fəllucə şəhəri zorakılıqların baş alıb getdiyi bölgələrdəndir. Digər yolkənarı bomba hücumu isə Bağdadın cənub-şərqində həyata keçirilib və nəticədə 3 nəfər ölüb, 11 nəfər yaralanıb.

XS
SM
MD
LG