Accessibility links

İraq hərbi qüvvələrinin iranlıların məskunlaşdığı Əşrəf düşərgəsinə hücumu beynəlxalq ictimaiyyəti narahat edir


İraq hərbi qüvvələrinin iranlıların məskunlaşdığı Əşrəf düşərgəsinə hücumu beynəlxalq ictimaiyyəti narahat edir
İraq hərbi qüvvələrinin iranlıların məskunlaşdığı Əşrəf düşərgəsinə hücumu beynəlxalq ictimaiyyəti narahat edir

BMT reyd zamanı 34 nəfərin öldürüldüyünü bildirib

Bu yaxınlarda Iraq təhlükəsizilk qüvvələrinin İran müxalifətinin məskunlaşdığı Əşrəf düşərgəsinə reydindən sonra düşərgədə insan haqlarının pozulması və zorakılıqlar barədə xəbərlər beynəlxalq ictimaiyyəti narahar etməyə başlayıb. BMT reyd zamanı 34 nəfərin ölümü İraq hökumətini təcili istintaqa çağırıb.

Öldürülənlərin şəkillərini əllərində tutan Bağdadın şimal-şərqindəki alq Mücahidləri bazası və Əşrəf düşərgəsində məskunlaşan sürgündəki iranlılar İraq əsgərlərinə “qatillər” deyə, qışqırırlar. Bu insanlar 1980-ci il İran-İraq müharibəsindən bəri on illərdir Səddam Hüseyn tərəfindən verilmiş düşərgədə sığınacaq tapıblar.

İraq Müdafiə Nazirlyinin sözçüsü Məhəmməd əl-Əsgəri hərbçilərin düşərgəyə sülh məramı ilə gəldiklərini, lakin orada təhqirlərə məruz qaldıqlarını deyib. O, düşərgə sakinlərinin İraq qanunlarına zidd hərəkət etdiklərini bildirib.

Əslində nələr baş verdiyi məlum deyil. Lakin Xalq Mücahidlərinin çəkdiyi videoda Əşrəf düşərgəsinin sakinlərinin İraq əsgərləri tərəfindən qətliama məruz qaldıqları nümayiş etdirilib.

Sabiq qubernator və prezident seçkilərində namizədliyini irəli sürən demokrat Hovard Din də daxil edilməklə, Birləşmiş Ştatların siyasi xadimləri bu məsələyə xüsusi diqqət yetrimişlər.

Hovard Din: "Burada söhbət qətllərdən, genosiddən gedir və cəmi bir neçə km məsafədə dayanan Amerika ordusunun baş verənlərə tamaşa etməsi tamamilə yalnışdır və ABŞ prezidenti bunların qarşısını almalıdır.”

Möcəhiddin təşkilatının üzvləri 2003-cü ildə silahlarını yerə qoyaraq, ABŞ-ın İraqdadı ordusunun himayəsi altına keçdilər. Lakin 2009-cu ildə ABŞ ordusu düşərgəyə nəzarəti İraq hökuməti nə təhvil verdi.

Belə bir addım Mücahiddin üzvlərini və onu dəstəkləyənləri narahat etməyə başladı. O vaxtdan bəri onlar narahatlıqlarını Avropa şəhərlərinin küçələrinə çıxaraq, nümayiş etdirməyə çalışırlar.

Mücahiddin üzvləri və bu təşkilatı dəstəkləyənlər, əsas liderləri də daxil edilməklə Fransaya, eləcə də bütün Avropaya səpələnmişlər. Onlar İslam rejimini devirmək və əvəzində demokratik qurum yaratmaq istədiklərini deyirlər. Bu yaxınlarda da Mücahiddin üzvləri və onu dəstəkləyənlər bu təşkilatın terroçu siyahısından çıxarılmasını tələb etmişlər. Bu ilin əvvəlində ABŞ dövlət katibi Hilari Klinton bu məsələ ilə bağlı bu yaxınlarda qərar çıxarılacağını bildirmişdi.

Xalq Mücahidlərinə dair ziddiyyətli fikirlər hələ də mövcuddur. Bir zamanlar Səddam hüseynin siyasi hədiyyəsi olan Əşrəf düşərgəsi İraqın hazırkı hökumətini qıcıqlandırır.

XS
SM
MD
LG