Accessibility links

İraqda iki bomba hücumu olub


5 nəfərin həyatına son qoyan hər iki hücum Mosul şəhərin yaxınlığında baş verib

İraqın şimalında bu gün baş vermiş 2 bomba hücumu nəticəsində bir uşaq daxil olmaqla, 5 nəfər həlak olub. Polis deyir ki, birinci yol kənarı bomba hücumu Mosul şəhərindən 80 kilometr cənubda həyata keçirilib və 2 polis zabitinin, o cümlədən bir əsgərin həlak olması ilə nəticələnib. İraq hərbi nəzarət məntəqəsini hədəf alan ikinci yol kənarı bomba hücumu isə bir uşaq və bir əsgərin həyatına son qoyub. Son aylarda İraqda zorakılıqların sayının kəskin şəkilda azalmasına baxmayaraq, ölkənin bəzi yerlərində yaraqlı hücumları hələ də baş verməyə davam edir.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG