Accessibility links

İraq məhkəməsi İranın sürgündə olan müxalifət qrupunun üzvlərini ittiham edir


İraq məhkəməsi İranın sürgündə olan müxalifət qrupunun üzvlərini ittiham edir
İraq məhkəməsi İranın sürgündə olan müxalifət qrupunun üzvlərini ittiham edir

Həmin şəxslərin İran hökumətinə qarşı mübarizə aparan Xalq Mücahidləri təşkilatının üzvləri olduqları deyilir

İraq məhkəməsi İranın sürgündə olan müxalifət qrupunun 39 üzvünü 20 il bundan əvvəl sabiq prezident Səddam Hüseynə şiələrin üsyanını yatırmaqda yardım etməkdə ittiham edib. Həmin 39 nəfərin İran hökumətinə qarşı mübarizə aparan Xalq Mücahidləri təşkilatının üzvləri olduqları deyilir.

1979-cu ildə İranda baş verən inqilabdan sonra İraq həmin şəxslərə sığınacaq vermiş, 1980-ci illərdə isə onlar İran-İraq müharibəsində Səddam Hüseyn ordusunda fəaliyyət göstərmişdilər. Lakin İranın üsyançı qrupu İraqdakı kürd və şiələrə divan tutan Səddam Hüseynə yardım göstərmək haqda ittihamları rədd edir. İran, İraq və Birləşmiş Ştatlar Xalq Mücahidləri təşkilatını terrorçu təşkilat kimi tanıyır.

XS
SM
MD
LG