Accessibility links

İraq parlamenti ilk sessiyasını keçirdi


Parlamentin müvəqqəti sədri milli məclisin açılış sessiyasında etdiyi çıxışında bildirirb ki, məclisin sədri və prezidenti növbəti günlərdə seçiləcək

Iraq parlamenti bu gün birinci sessiyasını keçirib. Qanunvericilər yeni parlamentinin ilk sessiyasında vəzifələrinə başlamaları münasibətilə and içiblər. Parlamentin müvəqqəti sədri milli məclisin açılış sessiyasında etdiyi çıxışında bildirirb ki, məclisin sədri və prezidenti növbəti günlərdə seçiləcək. Yeni hökumətin təşkili üçün hazırda danışıqlar aparılır. Qanunvericilərin bəzisi hökumətin təşkili üçün aparılacaq danışıqların bir neçə ay davam edəcəyini təxmin edirlər. İki əsas rəqib baş nazir Nuri əl-Maliki və sabiq baş nazir Ayad Ələvi şənbə günü Bağdadda görüşüblər. Əl-Malikinin müşaviri Əli əl-Dabbağ deyib ki, sessiya dialoq üçün iki liderə qapıları açıq qoyub. Mart ayının 7-də keçirilən parlament seçkilərində hökuməti təşkil etmək üçün heç bir siyasi qrup yetərincə say əldə etməyib. Cənab Ələvinin başçılıq etdiyi İraqiyyə İttifaqı baş nazirin başçılıq etdiyi Şiə Hüquqi Dövlət koalisiyasından cəmi artıq iki səs əldə edib.

XS
SM
MD
LG