Accessibility links

İraq parlamentinin növbəti sessiyası təxirə salınıb


İraq parlamentinin növbəti sessiyası təxirə salınıb
İraq parlamentinin növbəti sessiyası təxirə salınıb

İraq parlamenti mart ayı parlament seçkilərindən sonra ikinci sessiyası olacaq yığıncağı təxirə salıb. Qanunvericilərin bildirdiyinə görə, onlar yeni hökumətin təşkili barədə razılığı gələ bilmirlər.

İraq parlamenti mart ayı parlament seçkilərindən sonra ikinci sessiyası olacaq yığıncağı təxirə salıb. Qanunvericilərin bildirdiyinə görə, onlar yeni hökumətin təşkili barədə razılığa gələ bilmirlər. Yubadılmalar ölkədə yaranmış siyasi çıxılmazlığı daha da dərinləşdirir. Gələn sessiyanın nə vaxta təyin edildiyi barədə məlumat verilmir. İraq konstitusiyasına əsasən prezident iki həftə əvvəl təyin edilməli idi.Prezident isə öz növbəsində baş nazir seçməli və hökuməti təşkil etməli idi. Sabiq baş nazir parlamentdə 91, hazırki baş nazir isə 89 yer əldə edib. Bu yerlər əksəriyyət əldə edilməsi üçün kifayət etmir. İndi onlar hakim koalisya yaratmağa çalışır.

XS
SM
MD
LG