Accessibility links

İraq qanunvericilərinin yeni hökumət təşkil etmək səyləri nəticəsiz qalmaqdadır


İraq qanunvericilərinin yeni hökumət təşkil etmək səyləri nəticəsiz qalmaqdadır
İraq qanunvericilərinin yeni hökumət təşkil etmək səyləri nəticəsiz qalmaqdadır

Reuter xəbər agentliyinə eksklusiv müsahibədə Nuri əl-Maliki problemin bir hissəsi olduğunu desə də, problemi o yaratmadığını bildirib

İraqın baş naziri ölkədə seçki sonrası çıxılmaz vəziyyətdə rolu olduğunu etiraf edib. Reuter xəbər agentliyinə eksklusiv müsahibədə Nuri əl-Maliki problemin bir hissəsi olduğunu desə də, problemi o yaratmadığını bildirib. Mart ayında keçirilən parlament seçkilərində qalib müəyyən edilmədikdən sonra İraq qanunvericilərinin yeni hökumət təşkil etmək səyləri dalana dirənmişdi. Baş nazir Ayad Ələvinin başçılıq etdiyi sünni alyans baş nazir Malikinin şiə koalisiyasından iki yer çox qazanmışdır. ABŞ-ın öz qoşunlarını İraqdan çıxarması və ölkədə döyüş missiyasını bu ayın sonuna qədər dayandırmağı planlaşdırdığı bir zaman ölkədə siyasi çıxılmaz vəziyyət hələ də davam etməkdədir. Ardıcıl zorakı hücumlar seçkilər dövründən bəri İraqı bürüyüb. Bəzi rəsmilər yaraqlıların siyasi durumdan istifadə edəcəklərindən ehtiyat edirdi. Bu gün İraq rəsmiləri bildiriblər ki, naməlum silahlı Bağdadda baş verən atışmada azı dörd polis zabitini qətlə yetirib.

XS
SM
MD
LG