Accessibility links

İraqın Vasit vilayətində 2000-dən çox insan bu gün nümayişlərə qatılıb


İraqın Vasit vilayətində 2000-dən çox insan bu gün nümayişlərə qatılıb

İraqın Vasit vilayətində 2000-dən çox insan bu gün nümayişlərə qatılıb

Təhlükəsizlik işçiləri nümayişçilərə atəş açaraq azı bir nəfəri öldürüb və 30-a qədər nümayişçini yaralayıb

Yüzlərlə iraqlı Kut şəhərində yerli hökumət binasına hücum edib. Onların başlıca şikayəti ictimai xidmətin keyfiyyətsizliyindən qaynaqlanır. Təhlükəsizlik qüvvələri ilə toquşma zamanı azı bir nəfər həlak olub.

2000-dən çox insan bu gün nümayişlərə qatılaraq Vasit vilayətində korrupsioner rəsmilərin vəzifələrindən azad edilməsini tələb ediblər. Bəzi nümayişçilər hökumət idarələrini daşa basmış və binaların həyətində yanğınlar törətmişlər.

Rəsmilər təhlükəsizlik işçilərinin nümayişçilərə atəş açaraq azı bir nəfəri öldürdüklərini və 30-a qədər nümayişçini yaraladıqlarını bildiriblər.

İraqlılar son günlərdə müxtəlif şəhərlərdə kiçik miqyaslı nümayişlər keçirərək elektrikin və başqa kommunal xidmətlərin yaxşılaşdırılmasını tələb edirlər. Nümayişlər ərəb dünyasının başqa yerlərində keçirilən hökumət əleyhinə nümayişlərlə eyni vaxta təsadüf edir.

XS
SM
MD
LG