Accessibility links

İraqda Aşura mərasimində şiələr hədəf alınıb


İraqda Aşura mərasimində şiələr hədəf alınıb
İraqda Aşura mərasimində şiələr hədəf alınıb

Şiələrin illik ziyarət mərasimini hədəf olan silsilə bomba hücumları azı 28 adamın ölümünə bais olub.

Bağdadın cənubundakı Hillə qəsəbəsində partlayışlar 18 adamın ölümünə, 30-dan çox adamın yaralanmasına səbəb olub. Bağdadın başqa yerlərində baş verən partlayışlar 10 adamın ölməsi, 30-dan çox başqa adamın yaralanması ilə nəticələnib.

Ölənlərin çoxu Aşura mərasimində iştirak edən qadınlar və uşaqlar olub.

Aşura 7-ci əsrdə Məhəmməd peyğəmbərin nəvəsi İmam Hüseynin rəqib müsəlmanlara döyüşdə öldürülməsini yad edir.

Partlayış ABŞ qüvvələrinin İraqı tərk etməyə hazırlaşdığı vaxtda baş verir və İraq hökumətinin təhlükəsizliyin öhdəsindən gəlmək qabiliyyətini sual altına alır.

XS
SM
MD
LG