Accessibility links

İraqda bir neçə bomba partlayışı olub


Hücumlar zamanı dörd polis zabiti ölüb

İraq rəsmiləri deyir ki, bomba hücumu nəticəsində paytaxt Bağdadda beş nəfər həlak olub. Təhlükəsizlik rəsmilərinin bildirdiyinə görə, maşında yerləşdirilmiş bombanın Bağdadda polis məntəqəsi önündə partlaması nəticəsində ən azı dörd polis zabiti həlak olub, 12 nəfərin isə yaralandığı bildirilir. Rəsmilər deyir ki, intiharçı avtomobili polis zabitlərinin üzərinə sürüb. Televiziyada yayımlanan kadrlarda qalıqlar və yol kənarında aşmış avtomobil göstərilir. Bundan əlavə Bağdadın Ələvi məhəlləsində bomba partlayışı bir nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnib. Mahmudiyyə şəhərində isə əyalət şurası binasının önündə bomba partlayışı zamanı səkkiz nəfərin müxtəlif dərəcəli bədən xəsarəti aldığı bildirilir.

XS
SM
MD
LG