Accessibility links

İraqda bir neçə partlayış baş verib


Iraq polisi bildirir ki, Bağdadın 100 kilometr qərbində yerləşən Ramadi şəhərində maşına yerləşdirilmiş bomba partayışı nəticəsində 8 nəfər həlak olub, 23 nəfər isə yaralanıb. Falluca şəhərində isə maşına yerləşdirilmiş bomba partlayışı 2 nəfərin həlak olmasına, azı 3 nəfərin yaralanmasına bais olub. Bu arada Amerika hərbiçilərin bəyanmatında qeyd edilib ki, şənbə günü Bağdadın cənubundakı Babil vilayətində bir Amerika əsgəri həlak olub. Həmçinin İraq rəsmilərinin dediklərinə görə, dünən Bəsrə şəhərinin Əşar bazarında həlak olanların sayı 14-dən 43 nəfərə yüksəlib. Təxminən 110 nəfər isə müxtəlif növ bədən xəsarətləri alıb. Bu hadisə ilə əlaqədar verilən xəbərlər biri- digərinə ziddir. Rəsmilərin bəziləri hadisənin elektrik generatorunun partlayışı nəticəsində baş verdiyini bildirdikləri halda, digərləri partlayışı bomba hücumu ilə əlaqələndirirlər.

XS
SM
MD
LG