Accessibility links

İraqda bomba hücumları davam edir


İraqda bomba hücumları davam edir
İraqda bomba hücumları davam edir

İraq polisinin bildirdyinə görə, Bağdad yaxınlığında həyata keçirilən bomba hücumları azı 3 nəfərin ölümünə səbəb olub. Polis bombalardan birinin bu gün sabiq “İraq Oğulları” təşkilatının yerləşdiyi binada partladıldığını və nəticədə bir nəfərin öldüyünü, bir neçə nəfərin isə yaralandığını bildirib. Bundan bir neçə dəqiqə sonra Bağdadın qərbindəki İraq Hərbi Patrolluğunun baş qərargahı yaxınlığında yol kənarına yerləşdirilmiş bombanın partladılması iki əsgərin ölümünə səbəb olub.

“Oyanış Şurası”nın bir hissəsi və sünni döyüşçülərdən ibarət “İraq Oğulları” müharibə başlayandan bəri İraqdakı Əl-Qaidəyə qarşı mübarizə aparır.

XS
SM
MD
LG